...

"Excelsior Hotel Baku" hotelində şeir müsabiqəsi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2015 17:59 (UTC +04:00)
Fevralın 15-də “Excelsior Hotel Baku” hotelində “AtaHolding” Şirkətlər Qrupunun əməkdaşlarının uşaqları arasında “Mən poeziyanı sevirəm” şüarı altında şeir müsabiqəsi keçirilib.
"Excelsior Hotel Baku" hotelində şeir müsabiqəsi (FOTO)

Azərbaycan, Bakı, 16 fevral /Trend/

Fevralın 15-də "Excelsior Hotel Baku" hotelində "AtaHolding" Şirkətlər Qrupunun əməkdaşlarının uşaqları arasında "Mən poeziyanı sevirəm" şüarı altında şeir müsabiqəsi keçirilib.

AtaHolding-dən Trend-ə verilən məlumata görə, müsabiqədə müxtəlif yaşlardan olan 30-a qədər uşaq iştirak edib. Münsiflər heyətinin üzvləri Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri, əməkdar mədəniyyət işçisi Zöhrə Əliyeva, telejurnalist Səadət Məmmədova və "AtaSığorta" ASC-nin əməkdaşı Günel Rəsullu müxtəlif meyarlar üzrə verdiyi balların maksimal sayını toplamış iştirakçılara hədiyyələr və "AtaHolding" ASC-dən sertifikatlar təqdim edilib. Şeir müsabiqəsində ən yüksək balla Selcan Ağayeva birinci yerə, Nicat Əmirli və İlqaz Ayan ikinci yerə, Humay Həsənli, Yusifzadə Əli və Ömər Rzayev isə üçüncü yerə layiq görüldülər.

"AtaHolding" ASC-nin İdarə Heyətinin sədr müavini Rəşad Rəsullu qeyd edib ki, bu aksiyanın keçirilməsində məqsəd uşaqların poeziyaya diqqətini cəlb etmək, asudə vaxtın faydalı keçirilməsinin və uşaqların bacarıqlarının üzə çıxarılmasıdır.

Aksiya "AtaHolding" ASC-nin sosial proqramlara, mədəniyyətin və incəsənətin inkişafı sahəsində layihələrə, ölkədə təhsilin səviyyəsinin yüksəldilməsi dəstəyinə yönəldilmiş Korporativ Sosial Məsuliyyəti çərçivəsində keçirilib.

"Excelsior Hotel & Spa Baku" 2005-ci ilin avqustundan fəaliyyət göstərir. Hotel 1 "İmperial" - lyuks, "Royal" - lyuks, 4 "Crown" - lyuks, 45 "Heritage" - delyuks, 9 "Duke" - standard otaq, konfrans zalı, biznes mərkəzi, restoranlar, "Aura" sağlamlıq mərkəzi və s.-dən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti