...

"Excelsior Hotel Baku" Moskvada sərgidə iştirak edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2015 15:26 (UTC +04:00)
"Excelsior Hotel Baku" 17 mart tarixində Moskva şəhərində keçirilən “2nd Condé Nast Traveller Luxury Travel Fair” turizm sərgisində iştirak edir.
"Excelsior Hotel Baku" Moskvada sərgidə iştirak edir

Azərbaycan, Bakı, 17 mart /Trend/

"Excelsior Hotel Baku" 17 mart tarixində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən "2nd Condé Nast Traveller Luxury Travel Fair" turizm sərgisində iştirak edir.

"Condé Nast Traveller Luxury Travel Fair" sərgisi dünyanın aparıcı nəşriyyat evi "Condé Nast" tərəfindən təşkil olunan ilk qlobal lüks ticarət-səyahət sərgisidir.

"Excelsior Hotel Baku" hotelinin baş meneceri Turxan Poyraz bildirib: "Biz bu cür nüfuzlu beynəlxalq hadisədə iştirak etmək imkanına görə çox şadıq. Düşünürəm ki, biz Azərbaycanda mehmanxana biznesinin və turizmin inkişaf səviyyəsini layiqincə nümayiş etdirə biləcəyik. Stendimizin ziyarətçiləri əmin olacaqlar ki, göstərdiyimiz xidmətlər yüksək səviyyədədir, MDB ölkələrinin, ümumiyyətlə, bütün dünyanın ən yaxşı brend-hotellərindən geridə qalmır".

"Excelsior Hotel & Spa Baku" 2005-ci ilin avqustundan fəaliyyət göstərir. Hotel 1 "İmperial" - lüks, "Royal" - lüks, 4 "Crown" - lüks, 45 "Heritage" - delüks, 9 "Duke" - standard otaq, konfrans zalı, biznes mərkəzi, restoranlar, "Aura" sağlamlıq mərkəzindən və s. ibarətdir.

"Excelsior Hotel Baku" hotelinə 496 78 02 telefon nömrəsinə zəng edərək geniş məlumat almaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti