...

"AtaTravel" MMC-nin sponsorluğu ilə "Nepaldan Papuaya" tədbiri keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Fevral 2016 11:31 (UTC +04:00)
“AtaTravel” MMC-nin sponsorluğu ilə 27 fevral 2016-cı il tarixində saat 13:30-da Holiday Inn otelində turuzm sahəsinə aid "Nepaldan Papuaya" mövzusunda tədbir keçiriləcək.
"AtaTravel" MMC-nin sponsorluğu ilə "Nepaldan Papuaya"  tədbiri keçiriləcək

Bakı. Trend:

"AtaTravel" MMC-nin sponsorluğu ilə 27 fevral 2016-cı il tarixində saat 13:30-da Holiday Inn otelində turuzm sahəsinə aid "Nepaldan Papuaya" mövzusunda tədbir keçiriləcək.

Tədbirdə tanınmış səyahətçilər Cənubi və Cənub-Şərqi Asiyada başlarına gəlmiş hadisələri bölüşəcəklər. Tədbirin spikerləri arasında Everesti, Şimal Qütbünü fəth etmiş və "Seven Summits"i tamamlamış ilk azərbaycanlı İsrafil Aşurlu, Papuanın sivilizasiyadan uzaq qəbilələrində yaşamış Cavid Məmmədov, Boutique Travel Magazine jurnalının baş redaktoru jurnalist Vyaçeslav Sapunov və digərləri daxildir.

"AtaTravel" MMC-nin baş direktoru Vüsal Əliyev tədbirlə bağlı bildirdi ki, tədbirin keçirilməsində əsas məqsədi aktiv turizmin tanıtımı və dünyanın istənilən nöqtəsinə maraqlı səfərlərin təşkil olunmasını stimullaşdırmaqdır.

Daha geniş məlumat almaq üçün "AtaTravel" MMC-yə (994 12) 493-05-01 nömrəli telefona zəng vurun. "AtaTravel" MMC turizm agentliyi 2011-ci ildə təsis edilib və "AtaHolding" ASC-nin törəmə şirkətlərindən biridir.

"AtaTravel" turizm agentliyi dünyanın istənilən nöqtəsinə səfərlər üzrə çoxsaylı xidmətlər təklif edir. Şirkət müştərilərə otellər, transferlər, aviabiletlərin, turların əvvəlcədən bronlaşdırılması, sığorta, viza xidmətləri, VIP-zal xidmətlərinin təmin edilməsi, avtomobillərin icarəsi, sağlamlaşdırıcı turizm və müxtəlif istirahət növləri üzrə xidmətlər göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti