...

"AtaTravel" MMC Xınalıq-Qrıza iki günlük ekotur təşkil edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Fevral 2016 10:18 (UTC +04:00)

Bakı. Trend:

"AtaTravel" MMC 22-23 mart tarixlərində Xınalıq-Qrıza iki günlük ekotur təşkil edir.

Şirkətdən Trend-ə verilən məlumata görə, turun qiyməti 80 AZN təşkil edir.

Qiymətə nəqliyyat xidməti, kənd evlərində gecələmək, iki dəfə səhər yeməyi, iki dəfə nahar yeməyi, bir dəfə şam yeməyi, bələdçi və fotosessiya daxildir. İki gün ərzində tur iştirakçıları Xınalıq və Qrız kəndlərində gəzərək kəndlərin qədim tarixi, mədəniyyəti və təbiəti ilə tanış olacaqlar.

Həmçinin, proqrama kənd ətrafı dağlarda gəzinti və Qrız kəndi yaxınlığında dağların arasında yerləşən şəlaləyə yürüş və kənd ətrafında atla gəzinti də daxildir.

Daha geniş məlumat almaq üçün "AtaTravel" MMC-yə (994 12) 493-05-01 nömrəli telefona zəng vurun.

"AtaHolding" Şirkətlər Qrupuna daxil olan "AtaTravel" MMC 2011-ci ildə təsis edilmişdir. "AtaTravel" turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir.

Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlərlə təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti