...

“AtaTravel” MMC “Caspian Sea Resort”a 4 günlük tur təşkil edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2016 11:41 (UTC +04:00)
“AtaTravel” MMC “Caspian Sea Resort”a 4 günlük tur təşkil edir.
“AtaTravel” MMC “Caspian Sea  Resort”a 4 günlük  tur təşkil edir

Bakı. Trend:

"AtaTravel" MMC "Caspian Sea Resort"a 4 günlük tur təşkil edir.

"AtaTravel" MMC qarşıdan gələn Novruz bayramında təbiətdə istirahət etməyi xoşlayanlar üçün xüsusi proqram hazırlayıb.

"AtaTravel" MMC 19-23 mart tarixlərində gözəl mənzərəli turizm zonası Nabranda yerləşən "Caspian Sea Resort" otelinə
4 günlük tur təşkil edir.

Bir nəfər üçün 4 günlük turun qiyməti 200 AZN təşkil edir.

Proqrama kosa və keçəlin iştirakı ilə şou proqram, Milli və Avropa mətbəxindən yeməklər, şərq şirniyyatı, tonqal ətrafında Novruzun qarşılanması və səhərə qədər diskoteka daxildir.

Həmçinin, aktiv istirahət etmək istəyənlərin xidmətində voleybol, futbol, stolüstü tennis, atla gəzinti və paintball oyunu olacaq.

Daha geniş məlumat almaq üçün "AtaTravel" MMC-yə (994 12) 493-05-01 nömrəli telefona zəng vurun.

"AtaHolding" Şirkətlər Qrupuna daxil olan "AtaTravel" MMC 2011-ci ildə təsis edilmişdir. "AtaTravel" turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlərlə təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti