...

"Excelsior Hotel Baku" beynəlxalq turizm sərgisində iştirak edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2016 15:38 (UTC +04:00)

Bakı. Trend:

25-28 aprel 2016-cı il tarixlərində "Excelsior Hotel Baku" hoteli BƏƏ-nin Dubay Əmirliyində keçirilən "ATM 2016" beynəlxalq turizm sərgisində iştirak edir.

Dünyanın ən aparıcı turizm sərgilərindən hesab edilən "ATM 2016" tədbirində iştirak Azərbaycanın Körfəz ölkələrində turizm nümayəndəliyi olan "Atlantis Holidays" şirkətinin təşkilatı dəstəyi ilə həyata keçirilir. Sərgiyə gələn qonaqlara ingilis və ərəb dillərində müxtəlif reklam-çap məhsulları təqdim edilir.

Qeyd edək ki, Körfəz ölkələri ölkəmizə gəlmə turizmi baxımından prioritet ölkələrdəndir. Turizm səfərləri və işgüzar əlaqələri təşviq etmək məqsədilə Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveytin də daxil olduğu bir sıra ölkələrlə 1 fevral 2016-cı il tarixindən etibarən Azərbaycanın bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsi təmin edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti