...

"Excelsior Hotel & Spa Baku"da "İşgüzar danışıqlar" mövzusunda tədbir keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyul 2018 09:56 (UTC +04:00)
"Excelsior Hotel & Spa Baku"da "İşgüzar danışıqlar" mövzusunda tədbir keçirilib
"Excelsior Hotel & Spa Baku"da "İşgüzar danışıqlar" mövzusunda tədbir keçirilib (FOTO)

Bakı. Trend:

“Excelsior Hotel & Spa Baku” hotelində “İşgüzar danışıqların aparılması” mövzusunda tədbir keçirilib.

“Business Ring” şirkətinin rəhbəri Səbinə Rəhimova tərəfindən aparılan tədbirdə iştirakçılar bu sahədə debatlarda iştirak ediblər. Tədbirdə “AtaHolding” Korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova, hotelin HR meneceri Kamran Rzayev, “Aura” sağlamlıq mərkəzinin meneceri Səbinə Yusifova və digərləri iştirak ediblər.

S.Rəhimova hər bir xidmət sahəsində olan biznesin uğurlu olmasında işgüzar danışıqların düzgün aparılmasında xüsusi yeri olduğunu qeyd edib.

D.Zamanova isə bildirib ki, holdinqin Korporativ kommunikasiyalar şöbəsinin fəaliyyət planına uyğun olaraq il ərzində keçirilən müxtəlif təlimlər, tim-bildinq xarakterli tədbirlər iştirakçılar tərəfindən maraqla qarşılanır. Bu cür tədbirlər iştirakçılara yeni məlumatlar əldə etməklə yanaşı, öz bilik və bacarıqlarını bir-biri ilə bölüşməsinə imkan yaradır.

Qeyd edək ki, “Business Ring” şirkəti yay mövsümündə xüsusi aksiya keçirir. Aksiyaya əsasən bir çox iri şirkətlərin kollektivləri üçün “İşgüzar danışıqların aparılması”, “Menecmentin innovativ üsülları”, “Konfliktlərin idarə edilməsi” və digər mövzularda master-klasslar təşkil edilir.

“Excelsior Hotel & Spa Baku” hoteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. Hotel 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” delüks, 9 “Duke” kiçik otaq, iclas-konfrans zalları və biznes mərkəzi, restoran və barlar, “Aura” sağlamlıq mərkəzindən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti