...

“AtaTravel” işgüzar qadınlar üçün təlim keçirdi

Turizm Materials 7 Mart 2018 09:52 (UTC +04:00)
“AtaTravel” MMC tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə işgüzar qadınlar üçün PR işinin təşkili, vaxtın idarəedilməsi və uğurun sirri mövzularında təlim keçirilib.
“AtaTravel” işgüzar qadınlar üçün təlim keçirdi

Bakı. Trend:

6 mart 2018-ci il tarixində “Excelsior Hotel & Spa Baku” otelində “AtaTravel” MMC tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə işgüzar qadınlar üçün PR işinin təşkili, vaxtın idarəedilməsi və uğurun sirri mövzularında təlim keçirilib.

“AtaTravel” MMC-nin baş direktoru Vüsal Əliyev tədbirlə bağlı Trend-ə bildirib ki, hər bir sahədə olduğu kimi, turizm sahəsində də PR işi çox vacib və böyük önəm daşıyır. Turzim sahəsinin inkişafı ilə bağlı olaraq həm ölkə daxilində, həm də ölkədən xaricdə təbliğat aparılması və bu təbliğatın qarşılıqlı şəkildə əlaqələndirilməsi olduqca effektlidir. Bu baxımdan Azərbaycanda turizmin inkişaf etdirilməsi məqsədilə PR sahəsində yeni texnologiyaların çevik və uğurlu tətbiqi, bu sahədə mütəxəssislərin yüksək səviyyədə hazırlığı, onlara beynəlxalq standartlara uyğun proqramlar əsasında tədris və təlimlər keçirilməsi olduqca məqsədəuyğundur.

“AtaHolding” Şirkətlər Qrupunun Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova iştirakçılara turizm sahəsində PR işinin təşkili və uğurli fəaliyyətlə bağlı təqdimat edib. Azərbaycanda turizmin rentabelliyinin və gəlirliliyinin artırılmasının zəruri olduğunu diqqətə çatdıran Dilara Zamanova, bu məsələdə turizmlə bağlı PR sahəsinin inkişafını əsas məqamlardan biri kimi vurğulayıb.

Daha sonra təlimçi Çimnaz Qasımova tədbirdə qadınların uğurlu fəaliyyətində vaxtın idarə olunması, uğurun sirri və motivasiya mövzusunda danışaraq iş, karyera və ambisiyalarla həyat tərzi, yəni sağlamlıq, məmnuniyyət, asudə vaxt və ailə arasında balansın formalaşdırılmasının insanlar üçün vacibliyini bildirib. Diqqətə çatdırılıb ki, iş və asudə vaxt bölgüsü və balansı hələ 19-cu əsrin əvvəllərindən Qərbdə aktual məsələ kimi gündəmə gətirilib və həmin vaxtdan başlayaraq, iş-həyat balansına mükəmməl formada nail olunması üçün bir sıra konsepsiyalar ortaya çıxıb. Təlimçi tərəfindən iş-həyat balansının pozulması hallarına hazırda inkişaf etmiş ölkələrdə də rast gəlindiyi və bu problemin insanların həyatına mənfi təsir etdiyi bildirildi, iş-həyat balansına nail olunması ilə bağlı vacib tövsiyələr iştirakçıların diqqətinə çatdırılıb.

Qeyd edək ki, “AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel & Spa Baku” oteli fəaliyyət göstərir. 2011-ci ildə təsis edilmiş “AtaTravel” turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlər göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti