Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyə 1915-ci il hadisələrindən ona qarşı təzyiq vasitəsi kimi istifadə edilməsinə imkan verməyəcək. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib.
O, qeyd edib ki, Türkiyə hər zamankı kimi 1915-ci il hadisələrini araşdırmağa hazırdır.
Roma Papası Fransiskin uydurma "erməni soyqırımı" ilə bağlı məlum açıqlamasını şərh edən Baş nazir bildirib ki, vaxtilə inkvizisiya tərəfindən işgəncələrə məruz qalmış şəxslər Türkiyədə sığınacaq tapmışdı.