Bakı. Trend:
Çinin Henyan əyalətində kömür mədənlərinin birində qaz sızması nəticəsində partlayış baş verib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 5 nəfər həlak olub.
Xəbərdə qeyd olunur ki, partlayış zamanı mədəndə 51 nəfər olub, onlardan 39-u mədəndən çıxmağı bacarıb. Xilasetmə əməliyyatı davam edir.