Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 10:59-da yayılıb)
Bakı. Trend:
Rusiyanın Krasnodar diyarının Volna qəsəbəsində avtobusun dənizə düşməsi nəticəsində həlak olnaların sayı 16 nəfərə çatıb.
Trend-in məlumatına görə, 24 nəfər xilas edilib, bir nəfərin taleyi hələ də naməlum olaraq qalır.
Xəsarət alanlardan 19 nəfər xəstəxanaya yerləşdirilib.
X X X
10:59
Rusiyanın Krasnodar diyarının Volna qəsəbəsində avtobus dənizə düşüb.
Trend-in məlumatına görə, hadisə nəticəsində 12 nəfər həlak olub.
20 nəfərin həyatını xilas etmək mümkün olub, lakin 5 nəfərin taleyi hələ naməlumdur.
Məlumata əsasən, avtobus dörd metr hündürlükdən suya düşüb.
Qəzaya əsas səbəb kimi yol hərəkəti qaydalarının pozulması göstərilir.