...

İranda təyyarə qəzasında həlak olan xarici ölkə vətəndaşlarının sayı açıqlandı

Dünya xəbərləri Materials 8 Yanvar 2020 11:05 (UTC +04:00)
İranda Ukrayna təyyarəsinin qəzaya uğraması nəticəsində 32 nəfər xarici ölkə vətəndaşı həlak olub
İranda təyyarə qəzasında həlak olan xarici ölkə vətəndaşlarının sayı açıqlandı

Bakı. Elnur Bağışov – Trend:

İranın Tehran vilayətinin Pərənd şəhəri yaxınlığında Ukrayna təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların 32 nəfəri xarici ölkə vətəndaşlarıdır.

Trend-in məlumatına görə, bunu hadisə yerində olan İranın Təcili Yardım Təşkilatının sədri Pirhüseyn Kulivənd IRINN-ə açıqlamasında deyib.

P.Kulivənd bildirib ki, hazırda xilasedicilər hadisə yerində meyitləri toplamaqla məşğuldurlar.

Xatırladaq ki, Ukraynaya məxsus "Boeing 737" sərnişin təyyarəsi İranın İmam Xomeyni aeroportu yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 167 sərnişin, 9 ekipaj üzvü olub.

Təyyarə havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti