...

Rusiyada ən çox qaçırılan avtomobillərin reytinqi açıqlanıb

Dünya xəbərləri Materials 15 Sentyabr 2020 20:19 (UTC +04:00)

Bakı. Trend:

Rusiyada 2020-ci ilin yaz və yay aylarında ən çox qaçırılan avtomobillərin reytinqi açıqlanıb.

Trend-in məlumatına görə, son altı ay ərzində Rusiyada ən çox “Toyota”nın iki modeli oğurlanıb.

Belə ki, “Toyota”nın RAV4 modeli ümumi qaçırılan avtomobillərin 14 faizini, “Camry” modeli isə 13 faizini təşkil edib.

Reytinqdə ilk beşliyi “Hyundai Solaris”, “Hyundai Tucson” və “Kia Sportage” 5 faiz göstərici ilə tamamlayıb.

Onluqda, həmçinin “Kia Rio”, “Hyundai Creta”, “Kia Ceed”, “Kia Sorento” və “Lexus RX300” yer alıb.

Qeyd edək ki, 2019-cu ildə Rusiyada ən çox oğurlanan maşınların siyahısında “Cadillac Escalade” birinci olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti