...

Rusiyanın cənubunda daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib

Dünya xəbərləri Materials 13 Avqust 2021 17:12 (UTC +04:00)
Rusiyanın cənubunda daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyanın cənubundakı Krasnodar diyarında leysan yağıntılarla əlaqədar fövqəladə vəziyyət rejimi elan edilib.

Trend-in məlumatına görə, Anapa şəhərində son sutka ərzində 3 aylıq yağıntı norması düşüb.

Bölgədə 800-ə yaxın ev və həyətyanı sahə su altında qalıb.

Anapa və Novorossiysk şəhərlərində, Temryuk və Slavyansk rayonlarında fövqəladə vəziyyət elan olunub. Diyar ərazisində yağıntıların davam edəcəyi proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti