Bakı. Trend:
Partlayış Rusiyanın Krasnodar şəhərinin Morskaya küçəsi ərazisində eşidilib, binaya ziyan dəyib. İlkin məlumata görə, xəsarət alan olmayıb.
Trend-in məlumatına görə, bu barədə Krasnodar diyarının operativ qərargahından bildiriblər.
Krasnodar meri Yevgeni Naumov öz növbəsində bildirib ki, hadisə nəticəsində ofis binası və yaşayış binası zədələnib.