...

Kral III Çarlzın təsviri olan əsginaslar dövriyyəyə buraxılacaq

Dünya xəbərləri Materials 21 Fevral 2024 23:35 (UTC +04:00)
Kral III Çarlzın təsviri olan əsginaslar dövriyyəyə buraxılacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya Kral III Çarlzın təsviri olan əsginasları 5 iyun 2024-cü il tarixindən dövriyyəyə buraxmağa başlayacaq.

Trend xəbər verir ki, bu barədə Britaniya Mərkəzi Bankının bəyanatında deyilib.

Yeni əsginaslar köhnələri əvəz etmək üçün çap olunacaq. Lakin II Elizabetin portreti olan əsginaslar da dövriyyədə qalacaq.

Qeyd edək ki, ötən ilin dekabr ayında Britaniya Mərkəzi Bankı III Çarlzın təsviri olan yeni əsginasların dizaynını təqdim edib. Kralın portreti 5, 10, 20 və 50 funtluq əsginaslarda görünəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti