Bakı. Trend:
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalındakı “Fırat Kalkanı” əməliyyat bölgəsində şəxsiyyəti müəyyən edilən iki PKK terrorçusu, İraqın şimalında isə “Pençe-Kilit” əməliyyatı bölgəsində şəxsiyyəti müəyyən edilən bir PKK terrorçusunu zərərsizləşdirib.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi paylaşım edib.
Qeyd edilib ki, Türkiyə Silahlı Qüvvələri terrorçuların fəaliyyətinə icazə verməyəcək.