...

"Kurtlar vadisi"nin əsas qəhrəmanlarından biri Azərbaycana gəlib

Mədəniyyət Materials 27 Sentyabr 2011 13:22 (UTC +04:00)
Sentyabrın 15-dən Türkiyənin TNT telekanalında yeni seriyaları nümayiş olunan "Kurtlar vadisi" serialının əsas qəhrəmanlarından biri olmuş İskender Büyük obrazını canlandıran Musa Uzunlar Azərbaycana gəlib.
"Kurtlar vadisi"nin əsas qəhrəmanlarından biri Azərbaycana gəlib

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir Ş.Cavadsoy/

Sentyabrın 15-dən Türkiyənin TNT telekanalında yeni seriyaları nümayiş olunan "Kurtlar vadisi" serialının əsas qəhrəmanlarından biri olmuş İskender Büyük obrazını canlandıran Musa Uzunlar Azərbaycana gəlib. Bu dəqiqələrdə Heydər Əliyev Beynəlxalq Hava Limanında yerli media mənsublarının suallarını cavablandıran aktyor gəlişinin səbəbinin çəkilişlə bağlı olduğunu söyləyib.

Azərbaycan və Uzunlar da daxil olmaqla, Türkiyədən olan aktyorların rol aldığı serial "Qaranlıqlar çiçəyi" adlanır. İctimai Televiziyada yayımlanacaq teleserialın əsas mövzusu eşq və intiqamdır.

Uşaqkən atasının xaincəsinə öldürülməsinə şahid olan Lalə adlı qızcığaz hüquqşünas olub intiqam almaq fikrinə düşür. Lalə atasının qatili sandığı adama aşiq olur. Daha sonra qatilin həmin adam olmadığı üzə çıxır. Həm Lalə, həm də qatil hesab edilən Samir böyük bir oyunun içində olduqlarını anlamırlar.

Serialın rejissoru "Kanal D"də yayımlanan "Aşk Yakar"da bu vəzifəni yerinə yetirmiş Mehmet Ulukan, operatoru "Kurtlar Vadisi"nin operatoru Bülent Özerdir. Serial İctimai Televiziyanın sifarişi ilə "BAY Film" tərəfindən lentə alınacaq.

Filmdə azərbaycanlı aktyorlardan Xalq artisti Rasim Balayev, müğənni Safura Əlizadə, Günəş Mehdi, Nəsimi Mirzə, Abbas Qəhrəman, Zaur Şəfi, Arifə İslam və Vüqar Əli rol alacaq. Türkiyəli aktyorlardan isə Musa Uzunlar, Osman Albayrak, Mustafa Üstündağ, Bülent Şakrak, Begüm Kütük, Hüseyin Avni Danyal, Ebru Özkan, Güler Ökten kimi tanınmış serial qəhrəmanları çəkiləcəklər.
Bu gün ssenariyə uyğun olaraq İskender Büyük Bakıda hakim qarşısına çıxmalıdır. Filmin prodüseri Ataş Hüseynov Trend-ə açıqlama verərək bildirdi ki, Musa Uzunlar çəkilişləri bitirən kimi İstanbula qayıdacaq.

Xəbər lenti

Xəbər lenti