...

İctimai Televiziya: Rusiyanın "Eurovision 2013" təmsilçisi Azərbaycanda səsvermənin nəticələri üzrə ikinci yeri tutub

Mədəniyyət Materials 20 May 2013 15:43 (UTC +04:00)
Azərbaycan İctimai Televiziyasının direktoru Cəmil Quliyev "Eurovision 2013" mahnı müsabiqəsində azərbaycanlı tamaşaçıların Rusiya təmsilçisinin lehinə verdikləri səslərin hesablanması faktı üzrə bəyanatla çıxış edib.
İctimai Televiziya: Rusiyanın "Eurovision 2013" təmsilçisi Azərbaycanda səsvermənin nəticələri üzrə ikinci yeri tutub

Azərbaycan, Bakı, 20 may /Trend/

Azərbaycan İctimai Televiziyasının direktoru Cəmil Quliyev "Eurovision 2013" mahnı müsabiqəsində azərbaycanlı tamaşaçıların Rusiya təmsilçisinin lehinə verdikləri səslərin hesablanması faktı üzrə bəyanatla çıxış edib.

Bəyanatda deyilir ki, Rusiyanı Azərbaycanla bir çox ümumi cəhətlər - ümumi maraqlar, bəşəri dəyərlər və ümumi tarix bağlayır: "Hazırda Azərbaycan və Rusiyanın mədəni və yaradıcılıq əlaqələri bir çox ölkələr, o cümlədən yaxın xarici ölkələr üçün nümunə ola bilər. Azərbaycanda müxtəlif tədbirlərdə iştirak etmiş Rusiyanın yaradıcılıq kollektivlərinin vokal və artistlik istedadı anşlaqla keçir. Həmçinin, Azərbaycan nümayəndələri Rusiya auditoriyası tərəfindən hərarətlə qarşılanır. "Eurovision 2013" müsabiqəsində rusiyalı tamaşaçıların Azərbaycan təmsilçisinə yüksək bal verməsi bunu təsdiq edir".

Quliyev qeyd edib ki, bu yüksək bal Rusiya tamaşaçısının Azərbaycan nümayəndələrinin yaradıcılığına hörmətinin göstəricisidir: "İctimai Televiziyanın milli mobil operatorlardan aldığı məlumatlara əsasən, rusiyalı ifaçı Dina Qaripova SMS-səsvermənin nəticələri üzrə ikinci yeri tutub ki, bu da Azərbaycanın milli səsverməsində Rusiyanın lehinə yüksək balı təmin etməliydi. Qeyd edək ki, milli jürilər də Rusiya təmsilçisinə yüksək qiymət veriblər. Səslərin yekun hesablanması zamanı Azərbaycandan Rusiyaya heç bir balın verilməməsi ciddi narahatlıq və təəccüb doğurur. İctimaiyyətin bir çox nümayəndələri, ziyalılar, həmçinin yaradıcı insanların bu fakt üzrə öz hiddət və narazılıqlarını bildirməsini başa düşmək olar. Biz onların Rusiyanın bu il gözəl mahnı və güclü ifaçı ilə çıxış etməsi fikrini bölüşürük".

Onun fikrincə, səsvermənin yekunlarına əsasən, Azərbaycan tamaşaçısının, habelə milli jürinin "Eurovision 2013" mahnı müsabiqəsində Rusiya təmsilçisinə verdiyi yüksək qiymət elan edilən bala müvafiq deyil: "Səmimi qəlbdən inanırıq ki, ola bilsin, müəyyən maraqlı qruplar tərəfindən təşəbbüs göstərilən bu hal Azərbaycan və Rusiya xalqlarının qardaşlıq münasibətlərinə kölgə salmayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti