...

İranın dörd əyalətində sel və daşqınlar baş verib

Hadisə Materials 1 Aprel 2014 11:55 (UTC +04:00)
Ötən 48 saat ərzində İranın İlam, Xuzestan, Kürdistan və Lorestan əyalətlərində sel və daşqınlar baş verib.
İranın dörd əyalətində sel və daşqınlar baş verib

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir T.Cəfərov/

Ötən 48 saat ərzində İranın İlam, Xuzestan, Kürdistan və Lorestan əyalətlərində sel və daşqınlar baş verib. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.

Məlumata əsasən, dörd əyalətdə ümumilikdə 1100 nəfər təbiət hadisələrindən zərər çəkib. Onlardan 380 nəfər müvəqqəti sığınacaqlara yerləşdiriliblər. Kürdistan əyalətinin Mərivan şəhərində 100-dən çox evi su basıb və hazırda həmin evlərin sudan təmizlənməsi istiqamətində işlər gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti