...

Azərbaycanda yanğınlar nəticəsində 16 nəfər həlak olub

Hadisə Materials 16 Aprel 2015 14:31 (UTC +04:00)
2015-ci ilin ilk 3 ayı ərzində baş vermiş yanğın hadisələri zamanı 16 nəfər həlak olub, 34 nəfər xəsarət alıb.
Azərbaycanda yanğınlar nəticəsində 16 nəfər həlak olub

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir İlkin İzzət/

2015-ci ilin ilk 3 ayı ərzində baş vermiş yanğın hadisələri zamanı 16 nəfər həlak olub, 34 nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən xəbərə görə, bu da ötən ilin I rübü ilə müqayisədə yanğından xəsarət alanlar üzrə 6 nəfər və ya 21% çoxdur. Yanğınların söndürülməsi zamanı 5 nəfər xilas edilib, 233 nəfər təhlükəsiz ərazilərə təxliyə olunub.

2015-ci ilin I rübü ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 1336 çıxış edilib. Onlardan 396 çıxış çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində, 429 çıxış açıq sahələrdə, 83 çıxış nəqliyyat vasitələrində, 428 çıxış isə digər yanğınlar üzrə təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti