...

Azərbaycanda yanğınların ən çox baş verdiyi sahələr açıqlanıb

Hadisə Materials 27 Aprel 2020 16:11 (UTC +04:00)
2020-ci ilin I rübü ərzində baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 624 olub.
Azərbaycanda yanğınların ən çox baş verdiyi sahələr açıqlanıb

Bakı. Elçin Mehdiyev – Trend:

2020-ci ilin I rübü ərzində baş vermiş və təhqiqatı aparılmış yanğınların sayı 624 olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın hadisələri zamanı 16 nəfər həlak olub, 37 nəfər xəsarət alıb, bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 13 nəfər və ya 45% azdır, xəsarət alanlar üzrə 12 nəfər və ya 24% azdır.

Çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində 485 yanğın, açıq sahələrdə 14 yanğın, nəqliyyat vasitələrində 93 yanğın, digər hadisələr üzrə 32 yanğın baş verib.

Yanğın hadisələri zamanı 16 nəfər həlak olub, 37 nəfər xəsarət alıb ki, bu da ötən ilin I rübü ilə müqayisədə yanğından həlak olanlar üzrə 13 nəfər və ya 45% azdır, xəsarət alanlar üzrə 12 nəfər və ya 24% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti