...

Bir il ərzində Azərbaycanda yanğın və partlayışda ölənlərin sayı açıqlanıb

Hadisə Materials 24 Mart 2021 17:48 (UTC +04:00)
Bir il ərzində Azərbaycanda yanğın və partlayışda ölənlərin sayı açıqlanıb

Bakı. Elçin Mehdiyev - Trend:

2020-ci il ərzində Azərbaycanda baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 2118 olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın hadisələri zamanı 49 nəfər həlak olub, 119 nəfər xəsarət alıb, bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 4 nəfər və ya 26%, xəsarət alanlar üzrə 113 nəfər və ya 49% azdır.

2020-ci il ərzində respublika ərazisində 82 partlayış hadisəsi baş verib ki, bu da 2019-cu il ilə müqayisədə 9 hadisə və ya 11% çoxdur. Partlayışlar zamanı 33 nəfər həlak olub, 157 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti