...

Zığ şossesində qəzada xəsarət alanlardan biri dünyasını dəyişib

Hadisə Materials 24 Avqust 2022 16:08 (UTC +04:00)
Zığ şossesində qəzada xəsarət alanlardan biri dünyasını dəyişib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Zığ şosesində baş verən yol qəzasında bir nəfər dünyasını dəyişib.

TƏBİB-dən Trend-ə verilən məlumata görə, Zığ şosesində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanlardan biri saat 12:20 radələrində TƏBİB-in tabeliyində olan xəstəxanaya yerləşdirilib.

1964-cü il təvəllüdlü vətəndaşa açıq kəllə-beyin travması, baş beynin ve beyin kötüyünün ağır dərəcəli əzilməsi, sağ beyin yarımkürəsi üzərində kəskin subdural hematoma, sağ təpə nahiyəsində əzilmiş cırılmış yarası diaqnozları qoyulub.

Həkimlərin bütün səylərinə baxmayaraq, xəstə saat 14:40 radələrində vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti