...

Ermənilər atəşkəsi yenidən pozdu, düşmənin iki hərbi qulluqçusu ağır yaralandı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 İyul 2020 15:50 (UTC +04:00)
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət stabil gərgin olaraq qalır.
Ermənilər atəşkəsi yenidən pozdu, düşmənin iki hərbi qulluqçusu ağır yaralandı

Bakı. Samir Əli - Trend:

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət stabil gərgin olaraq qalır.

Trend-in məlumatına görə, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

Onun sözlərinə görə, cəbhənin müxtəlif istiqamətlərində düşmən tərəfindən atıcı silahlardan istifadə olunmaqla atəşkəs rejimi pozulur. Düşmənin ön xətdə fəallığının qarşısı bölmələrimiz tərəfindən alınır. Görülən qabaqlayıcı tədbirlər nəticəsində Ermənistan ordusunun 2 hərbi qulluqçusu ağır yaralanıb.

Qeyd edək ki, bu gün gecə saatlarından başlayaraq Ağdam və Tovuz istiqamətlərində düşmənin 2 PUA-sı da məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti