Azərbaycan diasporu Strasburqda Türkiyəyə dəstək aksiyası keçirib (FOTO)

Azərbaycan diasporu Strasburqda Türkiyəyə dəstək aksiyası keçirib (FOTO)

Bakı. Trend:

Fransada və Avropanın digər ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri aprelin 27-də Strasburq şəhərində, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qarşısında etiraz aksiyası keçiriblər.

Paris Azərbaycan Evinin təşəbbüsü, Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyası və Alman-Azərbaycan Mədəniyyət Evinin təşkilatçılığı ilə baş tutan mitinqdə 200-dən artıq soydaşımız, o cümlədən türk icmasının təmsilçiləri iştirak ediblər.

Aksiyada iştirak edənlər AŞ PA-nın Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarına və qurumun Azərbaycana münasibətdə tutduğu qərəzli mövqeyə etirazlarını bildiriblər.

Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyasının sədri Fərid Əliyev, Alman-Azərbaycan Mədəniyyət Evinin rəhbəri Təranə Tağıyeva, diaspor fəalı Seyidağa Məmmədov və başqaları çıxış edərək qurumun Türkiyə ilə bağlı qərarının ədalətsiz və qərəzli olduğunu vurğulayıblar. Qeyd olunub ki, AŞ PA-nın bu qərarı təşkilatda islamofob meyillərin qalib gəldiyini, müsəlman ölkələrinə qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir. Azərbaycan diasporunun nümayəndələri hesab edirlər ki, AŞ PA-nın monitorinqləri müxtəlif dairələrin mənafeyinə xidmət edir, müstəqil dövlətlərə təzyiq göstərmək və onların milli maraqlarına zərbə vurmaq məqsədi güdür. Aksiya iştirakçıları deyiblər: “Azərbaycanla əlaqədar qondarma “siyasi məhbus” oyunu, Kristofer Ştrasserin monitorinqi, bununla bağlı AŞ PA-da aparılan müzakirələr və digər bu kimi məsələlər bu qurumun siyasi təzyiq vasitəsinə çevrildiyini açıq şəkildə nümayiş etdirir”.

“2001-ci ildə Avropa Şurasının sıralarına daxil olan Azərbaycan 16 illik üzvlük dövründə nə əldə edib? Beynəlxalq hüquq normalarının təmin edilməsi, Ermənistanın işğalçılıq siyasətinin qarşısının alınması istiqamətində də heç bir təsirli addım atmayan Avropa Şurasından nə gözləmək olar?”, - deyən aksiya iştirakçıları etirazlarını bildiriblər.

Aksiyada çıxış edənlər AŞ PA-nın beynəlxalq hüquq normalarının təmin edilməsi, Ermənistanın işğalçı siyasətinin aradan qaldırılması istiqamətində də heç bir təsirli addım atmadığını, əksinə ermənipərəst siyasət yürütdüyünü diqqətə çatdırıblar. Azərbaycan diaspor rəhbərləri Avropanı Ermənistanın işğalçılıq siyasətinə bəraət qazandırmaqda günahlandırıblar. Avropa Şurasına üzv olan, Qərbə inteqrasiya siyasəti yürüdən Azərbaycanın isə yalnız davamlı təzyiqlər, daxili işlərinə kobud müdaxilə, ikili standartlar, qarayaxma və ləkələmə kampaniyası ilə üzləşdiyi bildirilib. Qeyd olunub ki, Azərbaycan inteqrasiya meyillərini yenidən nəzərdən keçirməli, öz milli maraqlarına uyğun strateji hədəflərinə doğru irəliləməlidir. Azərbaycan region ölkələri, İslam dünyası, Şərq ilə əlaqələrini daha da genişləndirməli, onların böyük potensialından yararlanmalı, öz milli dövlətçiliyini daha da gücləndirməlidir.

Aksiya iştirakçıları bəyan ediblər ki, Azərbaycan cəmiyyəti Avropa təsisatlarının özünə və qardaş Türkiyəyə qarşı ədalətsiz mövqeyini, Qərbin islamofob dairələrinin müsəlman ölkələrini hədəfə almaq cəhdlərini heç vaxt qəbul etməyəcək.

Əllərində Azərbaycan və Türkiyə bayraqlarını tutan aksiya iştirakçıları “AŞ PA-nın Türkiyə ilə bağlı qərarı ədalətsizdir və qərəzlidir!”, “Türkiyə və Azərbaycandan əlinizi çəkin!”, “Avropa Şurasında ikili standartlara və islamofobiyaya son qoyulsun!”, “AŞ PA-nın monitorinqləri müstəqil ölkələrə təzyiq və təhdid vasitəsidir!”, “Ermənistanın işğalçı siyasətinə göz yuman AŞ PA Türkiyə və Azərbaycanı hədəf götürüb” kimi şüarlar səsləndiriblər.

Təxminən bir saat davam edən aksiya insidentsiz başa çatıb.

TAP kompressor stansiyaları üçün qazın satın alınması ilə bağlı tender elan edəcək
TAP kompressor stansiyaları üçün qazın satın alınması ilə bağlı tender elan edəcək
“Karvan-L” tender elan edir
“Karvan-L” tender elan edir
“PAŞA Sığorta” şirkəti “Bakı Gəmiqayırma Zavodu” və “Mərkəzi Klinika” MMC-nin elan etdiyi tenderlərin qalibi olub
“PAŞA Sığorta” şirkəti “Bakı Gəmiqayırma Zavodu” və “Mərkəzi Klinika” MMC-nin elan etdiyi tenderlərin qalibi olub
Loading Bars
Xəbər lenti
Təzə Pir Məscidində bayram namazı qılınıb
Pomidor güvəsi (Tuta absoluta) və onunla mübarizə üsulları
“Şaka” ləqəbli narkotacir saxlanılıb
Venesuelada ilin əvvəlindən inflyasiya 240 faizi ötüb
Braziliyada koronavirusdan daha 2 494 nəfər ölüb
Şuşada bayram namazı qılınıb (VİDEO)
“Azpetrol” Ramazan bayramı münasibətilə müsəlmanları təbrik edir
Bakıda intihara cəhdin qarşısı alınıb
Argentinada koronavirusa yoluxanların sayı 3,2 milyonu ötüb
Birinci vitse-prezident Mehriban Əliyeva Şuşadan bütün müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib (FOTO)
İsrail Türkiyə telekanalının Qəzza zolağında yerləşən binasına zərbə endirib
Azərbaycanda Ramazan bayramı qeyd olunur
Ağstafa polisi şəhid ailələrinə bayram sovqatları paylayıb (FOTO)
BMT-nin baş katibi Fələstin-İsrail münaqişəsinin deeskalasiyasına nail olmağa çağırıb
Bayden ABŞ-ın kiber təhlükəsizliyinin təmin edilməsi lə bağlı qərar imzalayıb
BMT Təhlükəsizlik Şurasının Fələstin və İsrail üzrə iclası mayın 14-ü keçirilə bilər
Qəzza zolağından İsrail ərazisinə 1,5 mindən artıq raket atılıb
Bitkoinin qiyməti 15 faizdən çox ucuzlaşıb
ÜST-nin Baş direktoru koronavirusa qarşı peyvənd olunub
Böyük Britaniyada daha 2 284 nəfər koronavirusa yoluxub
Polislər Mingəçevir və Zaqatalada şəhid ailələrini, qaziləri və aztəminatlı soydaşlarımızı ziyarət ediblər (FOTO)
İsrailin zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı 65-ə çatıb
Şəmkirdə dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub (FOTO)
Sloveniyada koronavirusun "Hindistan" ştammına ilk yoluxma halı qeydə alınıb
Bakıda birmərtəbəli evdə yanğın olub
Azərbaycan Prezidenti Ramazan bayramı münasibətilə paylaşım edib (FOTO)
Dünyada ötən sutka koronavirusa 643 mindən çox yoluxma qeydə alınıb - ÜST
İranın XİN rəhbəri Tehranın Hələbdə Baş Konsulluq açmaq qərarını açıqlayıb
Birinci vitse-prezident Mehriban Əliyeva Şuşadakı atəşfəşanlıqdan görüntülər paylaşıb (VİDEO)
Türkiyədə koronavirusdan sağalanların sayı 4,8 milyonu ötüb
Prezident İlham Əliyev Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməlini qoyub (VİDEO)
Prezident İlham Əliyev Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanış olub (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada xüsusi nümayəndəliyin inzibati binası ilə tanış olublar (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Yaradıcılıq Mərkəzinin yerləşəcəyi bina ilə tanış olublar (VİDEO)
Prezident İlham Əliyev Şuşada xan qızı Natəvanın sarayının qarşısındakı əraziyə baxış keçirib (VİDEO)
Prezident İlham Əliyev “Xarı Bülbül” otelinin nəzdindəki korpusda və kotteclərdə yaradılan şəraitlə tanış olub (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarı Bülbül” otelinin yenidənqurmadan sonra açılışında iştirak ediblər (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Bir il bundan əvvəl Şuşada başqa musiqi səslənirdi, başqa hərəkətlər edilirdi
Prezident İlham Əliyev Şuşada jurnalistlərlə görüşüb (VİDEO)
Ombudsman minalanmış ərazilərlə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına məktubla müraciət edib
Gürcüstanda koronavirusa daha 1 409 nəfər yoluxub
Bakıda daha bir piyada səkisinin zəbt olunması halı qeydə alınıb - BNA (FOTO)
"Xarıbülbül" festivalını yenidən izləmək böyük xoşbəxtlikdir - 1990-cı ildə festivalın bədii rəhbəri olmuş Əli Usubov
İsrail hərbçisi Qəzza zolağından raket atəşi nəticəsində ölüb
Gədəbəydə iki mülki şəxs minaya düşüb
Avropa İnsan Haqları Məhkəməsi Ermənistanın Azərbaycana qarşı cinayətlərinə baxacaq (ƏLAVƏ OLUNUB)
DSX azad olunmuş ərazilərə mediatur təşkil edib - Trend TV-nin REPORTAJI (FOTO/VİDEO)
Saatlıda heyvan oğruları dəstə üzvləri saxlanılıb
Peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 558 nəfər koronavirusa yoluxub, 1454 nəfər sağalıb, 13 nəfər vəfat edib
Azərbaycan öz mədəni irsini bərpa edir, “Xarıbülbül” festivalı bunun gözəl nümunələrindəndir - Deputat
Şuşada, Cıdır düzündə "Bayatı Şiraz" (VİDEO)
Heydər Əliyev Fondu tərəfindən nəşr olunan Azərbaycan bəstəkarlarının əsərlərinin notlarının toplusu Şuşada təqdim edilib (FOTO/VİDEO)
İranda ötən sutka koronavirusdan 366 nəfər ölüb
Zəngilanda DSX-nin yeni hərbi hissəsi tikilir (FOTO)
Polis Lənkəranda əməliyyat keçirib, 3 kiloqramdan artıq marixuana aşkarlanıb (FOTO)
Azərbaycan Prezidenti: Dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur
Prezident İlham Əliyev: Bütün bu illər ərzində bir amalla yaşamışıq - torpaqları azad edək
Azərbaycan Prezidenti: Sabah Yuxarı Gövhərağa məscidində bayram namazı qılınacaq
Prezident İlham Əliyev: Bu gün Azərbaycan mədəniyyəti Şuşaya qayıdıb
Prezident İlham Əliyev: Gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik
Prezident İlham Əliyev: 44 günlük müharibə bizim şanlı tariximizdir
Prezident İlham Əliyev: Bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək
Prezident İlham Əliyev: Biz bu günü 30 il səbirsizliklə gözləmişik
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev: Biz Şuşaya qayıtmışıq, əbədi qayıtmışıq!
Prezident İlham Əliyev: Şuşada yeni tikiləcək məscidin memarlığı haqqında bir neçə ay fikirləşirdim
Prezident İlham Əliyev: Şuşa şəhərində vaxtilə 17 məscid olub və mənfur düşmən onların hamısını dağıdıb
Prezident İlham Əliyev Şuşada bərpa edilən “Xan qızı” bulağında olub (FOTO/VİDEO)
Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Şuşa” yarımstansiyasının açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Şuşada “Xarıbülbül” festivalı keçirilib (VİDEO)
Azərbaycanın Gürcüstandakı səfirliyində iftar təşkil edilib (FOTO)
Zəngəzur dəhlizi - Türkiyə ilə Azərbaycan arasındakı məsafə 400 km azalır
Azərbaycan Ordusunda təlimlər keçiriləcək
Ağac kəsən şəxs cəzalandırılıb (FOTO)
Goranboyda polisə zor tətbiq edən şəxslə bağlı cinayət işi başlanıb
Gazelli Group şirkəti şərdə olduğu kimi, xeyirdə də Azərbaycan xalqının yanındadır (FOTO)
Zəngəzur dəhlizi Naxçıvanla quru yolla birbaşa əlaqəmiz üçün alternativsiz məsələdir
Bu il 44 mindən çox şəxsə sosial ödənişlər həyata keçirilib
Ötən gün 18 yanğın olub, 1 nəfər xəsarət alıb
Bakıda ilk dəfə Aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışları keçiriləcək (VİDEO)
“Azərsun Holdinq”dən Ramazan bayramı aksiyası (FOTO)
Sabah Bakıda 25, rayonlarda 28 dərəcəyədək isti gözlənilir
Xəzər rayonunda Ramazan bayramı münasibətilə şəhid ailələrinə bayram sovqatı paylanıldı (FOTO)
Bakıda təmir gedən yolda tıxac yaranıb (FOTO)
Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinə başsağlığı verib
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Prezident İlham Əliyevlə Qarabağa növbəti səfərdən görüntülər paylaşıb (VİDEO)
Azərbaycan Qarabağ münaqişəsini öz gücü ilə həll etdi – Deputat
Mağazadan 5 min manatlıq siqaret və qızıl oğurlayan qohumlar saxlanılıb (FOTO)
Saatlıda gecə işləyən çayxananın fəaliyyəti dayandırılıb (FOTO)
Prezidentin Naxçıvana səfəri həm də böyük rəmzi məna daşıyır - Deputat
ABŞ Energetika Nazirliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını azaldıb
Azərbaycan Vətən müharibəsindəki zəfərlə regionda nəqliyyat infrastrukturunun inkişafı üçün yeni imkanlar açdı - Deputat
Ağdamda azad olunan ərazilərə keçməyə cəhd edən 9 nəfər saxlanılıb
Prospektdə qəza olub, sıxlıq var (FOTO)
Faşist Njde ermənilərin ideoloquna çevrilib - Deputat
Pentaqon Əfqanıstandakı hərbçi sayını açıqlamır
Məşhur "La Skala" teatrı fəaliyyətini bərpa edir
Qazaxıstanda koronavirusa daha 1 811 nəfər yoluxub
Bütün xəbərlər