...

Allahşükür Paşazadə: Azərbaycanda dinlər və məsləklər arasında böyük bir münasibət var

Cəmiyyət Materials 28 Noyabr 2012 15:31 (UTC +04:00)
Azərbaycanda dinlər və məsləklər arasında böyük bir münasibət var və bu, Məhərrəm ayında aydın göründü.
Allahşükür Paşazadə: Azərbaycanda dinlər və məsləklər arasında böyük bir münasibət var

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda dinlər və məsləklər arasında böyük bir münasibət var və bu, Məhərrəm ayında aydın göründü. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib.

"Aşura günü həm sünnilər, həm də şiələr məscidə gəldilər. Bir yerdə oldular, ibadət etdilər. Aşuranı bir yerdə qeyd etdilər. Yəni bu, tolerantlığın bir formasıdır. Azərbaycanda bu tolerantlıq insanlar, dinlər və məsləklər arasında davam edir və bu, çox yüksək göstəricidir", - Paşazadə əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti