Gürcüstan, Tbilisi, 11 iyun /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstan İctimai Televiziyasının II telekanalında "Moambe" ("Carçı") informasiya proqramı yeni formatda yayımlanacaq.
Trend-in məlumatına görə, xəbərlər verilişi gün ərzində beş dəfə efirə çıxacaq.
Süjetlər müxtəlif dillərdə, o cümlədən Azərbaycan dilində hazırlanacaq.
İlk buraxılış çərşənbə axşamı saat 20:00-da olacaq. Tamaşaçılar xəbərlərlə beş dildə - osetin, abxaz, Azərbaycan, rus və erməni dillərində tanış olacaqlar.