...

"Aləm ailəm" verilişinin sonuncu mərhələsi gerçəkləşib

Cəmiyyət Materials 23 Dekabr 2013 17:07 (UTC +04:00)
İctimai Televiziya və Təhsil Nazirliyinin birgə layihəsi olan “Aləm ailəm” verilişinin sonuncu mərhələsi gerçəkləşib.
"Aləm ailəm" verilişinin sonuncu mərhələsi gerçəkləşib

Azərbaycan, Bakı, 23 dekabr /Trend/

İctimai Televiziya və Təhsil Nazirliyinin birgə layihəsi olan "Aləm ailəm" verilişinin sonuncu mərhələsi gerçəkləşib.

2013-cü ilin sonuncu və final mərhələsi olan verilişin bayram buraxılışı artıq arxada qalıb. Heç bir intellektual proqrama bənzəməyən "Aləm ailəm" telelayihəsində bütün ailə tam tərkiblə öz bilik və bacarıqlarını nümayiş etdirib. Final mərhələsində mövsüm boyu mübarizə aparan İsmayıllı rayonunu təmsil edən Şirinovlar ailəsi ilə Abşeron rayonunu təmsil edən Mehdizadələr ailəsi qarşılaşıblar. Yarışmanın əsas hissəsi bərabərliklə başa çatdığından əlavə raundun oynanılmasına ehtiyac yaranıb. Yarışma boyu finalçıların həyacanlarını azaltmaq və xoş əhval-ruhiyyə yaratmaq üçün proqrama musiqili qonaqlar dəvət olunub.

Yarışmanın yekununda ikinci yerin sahibinə böyük ekranlı televizor və noutbuk, birinci yerin sahibinə isə ailə avtomobili təqdim edilib. Mövsüm boyu fəal iştirak edən ailələr - Cəlilabad, Salyan, Şuşa, Qubadlı təmsilçiləri də mükafatlandırılıblar.

Qeyd edək ki, "Aləm ailəm" verilişinin final mərhələsi dekabr ayının 31-də İctimai Televiziyanın efirindən yayımlanacaq və tamaşaçılar hansı ailənin avtomobilə sahib olduğunu görəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti