Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir İ.İzzət/
Ötən il Azərbaycanda yanğın hadisələri zamanı 61 nəfər həlak olub, 87 nəfər xəsarət alıb.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bu, 2012-ci il ilə müqayisədə yanğından həlak olanlar üzrə 5 nəfər və ya 9%, xəsarət alanlar üzrə isə 1 nəfər və ya 1% çoxdur.
Ümumiyyətlə, 2013-cü il ərzində baş vermiş yanğın hadisələrinin aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 8708 çıxış edilib. Çıxışlardan 1963-ü çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində baş vermiş yanğınlar, 4897-si açıq sahələrdəki yanğınlar, 378-i nəqliyyat vasitələrindəki yanğınlar, 1470-i isə digər yanğınlar üzrə olub.