...

Azərbaycanda dini ayinlərin icrası ilə bağlı tələblər artırılır

Cəmiyyət Materials 13 Oktyabr 2016 11:30 (UTC +04:00)
Azərbaycan Cinayət Məcəlləsində İslam dininə aid ayin və mərasimlərin icrası ilə bağlı tələblər artırılır.
Azərbaycanda dini ayinlərin icrası ilə bağlı tələblər artırılır

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan Cinayət Məcəlləsində İslam dininə aid ayin və mərasimlərin icrası ilə bağlı tələblər artırılır.

Trend-in məlumatına görə, bu barədə məsələ Cinayət Məcəlləsinin 168.1 maddəsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən birgə iclasında müzakirə edilən dəyişikliyə əsasən, İslam dininə aid ayin və mərasimlərin əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən aparılmasına görə də iki min manatdan beş min manatadək cərimə və ya bir ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qeyd edək ki, hazırda Cinayət Məcəlləsinin həmin maddəsinə əsasən, yuxarıda qeyd olunan cərimə və azadlıqdan məhrumetmə cəzası yalnız xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulur. Dəyişikliyə əsasən isə, həmin maddəyə əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər də əlavə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti