...

Azərbaycan Respublikası "Korrupsiya qarşı mübarizədə prokurorların rolu” adlı Rəyin hazırlanması üzrə işçi qrupun üzvü seçilib

Cəmiyyət Materials 26 Noyabr 2018 17:14 (UTC +04:00)
Plenar iclasın sonunda Portuqaliyanın nümayəndəsi Hose Manuel Santos Pais yekdilliklə Şuranın növbəti il üçün prezidenti seçilib.
Azərbaycan Respublikası "Korrupsiya qarşı mübarizədə prokurorların rolu” adlı Rəyin hazırlanması üzrə işçi qrupun üzvü seçilib

Bakı. Trend:

Prokurorların dövlətin cinayət ədliyyəsi sistemində və qanunun aliliyinin qorunmasında müstəsna rolunu və Avropa Şurasına üzv dövlətlərin prokurorları arasında əməkdaşlığın vacibliyini nəzərə alaraq 2005-ci ilin iyul ayında AŞ Nazirlər Komitəsinin qərarı ilə Avropa Prokurorlarının Məşvərət Şurası (CCPE) yaradılıb.

Avropa Şurasına üzv dövlətlərin yüksək vəzifəli prokurorlarını birləşdirən qurum hər il plenar iclaslar təşkil etməklə prokuror fəaliyyətinə aid aktual mövzular üzrə rəylər hazırlayıb Nazirlər Komitəsinə təqdim edir.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, 22-23 noyabr tarixlərində Fransanın Strasburq şəhərində Şuranın 13-cü plenar iclası keçirilib. 2 günlük plenar iclasda ekspert qrupu tərəfindən “Prokurorların müstəqilliyi, hesabatlılığı və etik davranışı” adlı 13 saylı Rəy geniş müzakirə edilərək qəbul edilib.

Tədbirdə Avropa Şurası İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Direktorluğunun İnsan hüquqları məsələləri üzrə direktoru Kristof Puarel ölkəmizə sonuncu səfəri barədə danışaraq, aparılmış məhkəmə-hüquq islahatlarını yüksək qiymətləndirib.

Şuranın qəbul etdiyi sənədlərin daha geniş hüquqşünas auditoriyasına təqdim olunması məqsədilə rəylərin üzv dövlətlərin dillərinə tərcümə edilməsini vacib hesab edərək bu sahədə ölkəmizi nümunə kimi qeyd edib və Azərbaycan Respublikasının Baş Prokurorluğuna təşəkkürünü bildirib.

Tədbirdə Azərbaycan Respublikasını təmsil edən Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanov 13 saylı Rəyin müzakirəsi zamanı ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatları, prokurorluğun fəaliyyətini tənzimləyən qanunvericilik aktları, həmçinin “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik davranış Kodeksi” barədə ekspert qrupunu məlumatlandırıb, verilən təkliflər nəzərə alınaraq sənəddə öz əksini tapıb.

Ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində qabaqcıl təcrübəsi nəzərə alınaraq Azərbaycan Respublikası “Korrupsiya, iqtisadi və maliyyə cinayətlərinə qarşı mübarizədə prokurorların rolu” adlı Rəyin hazırlanması üzrə işçi qrupun üzvü seçilib.

Plenar iclasın sonunda Portuqaliyanın nümayəndəsi Hose Manuel Santos Pais yekdilliklə Şuranın növbəti il üçün prezidenti seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti