...

Bu il Azərbaycanda yanğın hadisələri zamanı 36 nəfər həlak olub

Cəmiyyət Materials 25 İyul 2019 20:07 (UTC +04:00)
2019-cu ilin I yarımilliyi ərzində Azərbaycanda baş vermiş yanğın hadisələri içərisində təhqiqatı aparılmış yanğınların sayı 1140 olub.
Bu il Azərbaycanda yanğın hadisələri zamanı 36 nəfər həlak olub

Bakı. Elçin Mehdiyev – Trend:

2019-cu ilin I yarımilliyi ərzində Azərbaycanda baş vermiş yanğın hadisələri içərisində təhqiqatı aparılmış yanğınların sayı 1140 olub.

Trend-in məlumatına görə, yanğın hadisələri zamanı 36 nəfər həlak olub, 116 nəfər xəsarət alıb ki, bu da ötən ilin I yarımilliyi ilə müqayisədə yanğından həlak olanlar üzrə 18 nəfər və ya 33% azdır, xəsarət alanlar üzrə 30 nəfər və ya 35% çoxdur.

Qeyd olunan müddət ərzində respublika ərazisində 23 partlayış hadisəsi baş verib ki, bu da 2018-ci ilin I rübü ilə müqayisədə 2 hadisə və ya 10% çoxdur. Partlayışlar zamanı 8 nəfər həlak olub, 27 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti