...

Xaçmazda şəhidlərimiz yad edilib (FOTO)

Cəmiyyət Materials 7 Noyabr 2022 19:09 (UTC +04:00)
Xaçmazda şəhidlərimiz yad edilib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid ailələri ilə birlikdə Xudat şəhərində, Köhnə Xudat və Fərzəlioba kəndlərində şəhidlərin məzarını ziyarət edib, ruhlarına dualar oxuyublar.

Xaçmaz Rayon İcra Hakimiyyətindən bazar ertəsi Trend-ə bildirilib ki, daha sonra Xudat şəhərində abidə bulaq kompleksinin ətrafındakı şəhid lövhələri önünə gül-çiçək dəstələri düzüblər. Səmimi söhbət zamanı Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan ordusu üzərində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışıb.

Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti