...

İTV Yayım Şurasının üzvlüyünə namizədlərin siyahısı parlamentin plenar iclasına tövsiyə olunub

Cəmiyyət Materials 14 Aprel 2023 12:34 (UTC +04:00)
İTV Yayım Şurasının üzvlüyünə namizədlərin siyahısı parlamentin plenar iclasına tövsiyə olunub
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə altı nəfrin namizədliyi irəli sürülüb.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında bildirilib.

Namizədlərin siyahısı aşağıdakı kimidir:

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından:

Cəfərov Həsən Şahhüseyn oğlu - Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının katibi, aparat rəhbəri

Talıbov Əzim Zahid oğlu - Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi

Azərbaycan Milli Elmlər Akademiyasından:

Kərimli Teymur Həşim oğlu - Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor

Xavəri Sərxan Abbas oğlu- Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin elmi katibi, filologiya elmləri doktoru, dosent

Azərbaycan Mətbuat Şurasından:

Həsrət Azər Hacıqulu oğlu - Mətbuat Şurası İdarə Heyətinin üzvü

Fərəcov Aqil Ələsgər oğlu - Mətbuat Şurası İdarə Heyətinin üzvü

Müzakirələrdən sonra məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti