...

FHN sel və daşqın təhlükəsi ilə bağlı əhaliyə müraciət edib

Cəmiyyət Materials 27 May 2023 16:22 (UTC +04:00)
FHN sel və daşqın təhlükəsi ilə bağlı əhaliyə müraciət edib

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi (FHN) sel və daşqın təhlükəsi ilə bağlı əhaliyə müraciət edib.

Trend-in məlumatına görə, müraciətdə qeyd edilir ki, respublikanın qərb bölgəsinə yağan intensiv yağışlarla əlaqədar Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində bir sıra fərdi yaşayış evləri və həyətyanı sahələr subasmaya məruz qalıb.

"Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi və Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, yaxın günlərdə hava şəraitinin qeyri-sabit keçəcəyini, bəzi ərazilərdə leysan xarakterli yağışlarla əlaqədar dağ çaylarından qısamüddətli sel və daşqın keçmə ehtimalını nəzərə alaraq müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti