...

“Azərsun Holdinq” ən müasir tələblərə cavab verən istehsal xəttini istismara verdi (FOTO)

İqtisadiyyat Materials 30 İyul 2018 14:12 (UTC +04:00)
Ölkəmizin ixrac potensialının artması ilə əlaqədar keyfiyyətli karton qablaşdırmalara tələbatın artmasını nəzərə alan “Azərsun Holdinq” ən müasir tələblərə cavab verən yeni “BOBST 1628 DRO Rapidset” istehsal xətti istismara verib
“Azərsun Holdinq” ən müasir tələblərə cavab verən istehsal xəttini istismara verdi (FOTO)

Bakı. Trend:

Ölkəmizin ixrac potensialının artması ilə əlaqədar keyfiyyətli karton qablaşdırmalara tələbatın artmasını nəzərə alan “Azərsun Holdinq” ən müasir tələblərə cavab verən yeni “BOBST 1628 DRO Rapidset” istehsal xətti istismara verib.

Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı nəzdində fəaliyyət göstərən Xırdalan Karton Fabrikində quraşdırılmış bu “Yüksək keyfiyyətli flekso çap” avadanlığı daha keyfiyyətli, daha ucuz məhsulun istehsal edilməsinə şərait yaradacaq.

Ofset üsulu ilə çap tək laylı karton üzərində həyata keçirilərək daha sonra üzlənməyə və kəsimə yönləndirilirdisə, yeni istehsal xəttində bütün proses bir avadanlıq tərəfindən həyata keçiriləcək.

“Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Gözəl müəssisəni ziyarət edərək yeni avadanlıqla tanış olub və onun təntənəli şəkildə istismara verilməsində iştirak edib. Daha sonra təşkil edilən toplantıda çıxış edən Abdolbari Gözəl bu avadanlığın ən müasir tələblərə cavab verdiyini və ölkəmizin iqtisadi inkişafı ilə əlaqədar keyfiyyətli karton qablaşdırmalara artan tələbatı qarşılaya biləcəyini bildirib. O, ölkəmizə son illər ərzində ən yüksək keyfiyyətə məhsul istehsal edən avadanlıqların gətirildiyini və texnoloji yeniliklərin tətbiq edildiyini deyib.

Tədbir iştirakçılarına göstərdikləri əməyə görə təşəkkürünü bildirən Abdolbari Gözəl avadanlığın quraşdırılması və istismara verilməsində iştirak etmiş əməkdaşları təşəkkürnamələrlə təltif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti