Bakı. Trend:
bp bu gün "The Limits of the Market: The Pendulum Between Government and Market" ("Bazarın Hüdudları: Dövlət və Bazar Arasındakı İqtisadi Rəqqas") adlı kitabın Azərbaycan dilinə tərcümə variantını ictimaiyyətə təqdim edib. Bu layihə bp-nin Azərbaycanda təhsilin inkişafına dəstəyinin və beynəlxalq biliklərin ölkəyə gətirilməsi səylərinin bir hissəsidir.
Kitabın ingiliscədən Azərbaycan dilinə tərcüməsi və nəşrində bp-nin məqsədi bu dəyərli bilikləri makroiqtisadiyyat, marketinq və dövlət və bazar arasındakı münasibətlər sahəsində ixisaslaşan tədqiqatçılar, tələbələr və bu sahələr üzrə mütəxəssislər üçün əlçatan etməkdir.
Kitabın müəllifi London İqtisadiyyat Universitetinin professoru Paul De Qrauvdur (Paul De Grauwe). Tərcümə kitabın 2017-ci ildə ingilis dilində Oxford University Press tərəfindən çap edilmiş birinci nəşrindən edilmişdir.
Kitab dövlətin iqtisadi siyasətləri ilə bazar mexanizmləri arasındakı dinamik təmasları araşdırmaqla bu sahədəki iqtisadi nəzəriyyələr və təcrübələr haqqında dərin bilgilər təklif edir. O, dünyanın belə bir baxışına əsaslanır ki, bu məsələdə seçim bazar ya dövlət arasında yox, nə qədəri bazar və nə qədəri isə dövlət olması sualındadır.
bp-nin Xəzər bölgəsi üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli kitabın Azərbaycanın elmi icması üçün əhəmiyyətini vurğulayaraq deyib:
“Akademik cəmiyyətə bu kitabı hədiyyə etməklə bp, Azərbaycanda bu vacib mövzunun daha dərin anlamlarının yayılmasına və bu sahədə Azərbaycanda tədqiqatlara əsaslanan innovativ iqtisadi strategiyaların işlənməsinə töhfə vermək istəyir. İnanırıq ki, yüksək keyfiyyətli təhsil materiallarının əlçatan olması bilgilərin mükəmməlləşməsi və gələcək liderlərin yetişdirilməsi səylərinin əsasını təşkil edir.”
Kitabın ictimaiyyətə təqdimatı bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkil etdiyi “Elm Festivalı”nda baş tutub. Təqdimatın UNEC-in “Elm Festivalı”nın bir hissəsi kimi keçirilməsi bp-nin Azərbaycanda təhsil resurslarının genişlənməsinə və elmin inkişafına verdiyi əhəmiyyəti bir daha vurğulayır.
“bp təhsilin inkişafına sərmayə qoyulması və Azərbaycana yüksək keyfiyyətli beynəlxalq resursların gətirilməsi səylərini davam etdirəcək. Bugünkü təqdimat da bp-nin akademik mükəmməlliyi dəstəkləmək və beynəlxalq bilik və təcrübə mübadiləsi üçün imkanlar yaratmaq səylərinin daha bir nümunəsidir,” deyə Bəxtiyar Aslanbəyli bildirib.
Bütün maraqlı şəxslər və mütəxəssislərə geniş şəkildə əlçatan olması üçün bp bu dəyərli kitabın nüsxələrini yerli universitetlərə, ictimai kitabxanalara və əlaqədar təhsil və elm müəssisələrinə təqdim edəcək.
Layihənin ümumi dəyəri təxminən 54,200 AZN-dir (31,882 ABŞ dolları). Bu xərclər 220 səhifəlik kitabın tərcüməsini, redaktəsini və nəşrini əhatə edir.
Layihəni Rəqəmsal Transformasiya Fondu həyata keçirib.
bp artıq 33 ildir ki, Azərbaycanda neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə layihələri təhlükəsiz, səmərəli və etibarlı şəkildə idarə edir. Bu müddət ərzində bp tərəfdaşları ilə birlikdə ölkədə həyata keçirdiyi layihələrə təxminən 85 milyard ABŞ dolları sərmayə qoyub. Azərbaycanda biz, ən çox dəyər yarada biləcəyimizə inandığımız sahələri diqqət mərkəzində saxlayaraq, dayanıqlılıq təşəbbüslərini dəstəkləməyə davam edirik.
bp-nin ölkədəki geniş sosial sərmayə fəaliyyətləri və imkanların artırılması səyləri müsbət təsir göstərmiş, insanlara maddi faydalar gətirmiş, onların həyatlarını yaxşılaşdıraraq müsbət təsir göstərmişdir.
Şirkətin və onun tərəfdaşlarının sosial sərmayələri yerli imkanların artırılması, təhsil, icmaların və yerli müəssisələrin inkişaf etdirilməsi, ətraf mühitin mühafizəsi, idman potensialının yüksəldilməsi, eləcə də ölkənin zəngin mədəni irsinin araşdırılması və təbliği kimi sahələri əhatə edir. Ümumilikdə, fəaliyyətinin başlanğıcından bəri bp təklikdə və Azərbaycanda fəaliyyət göstərdiyi birgə müəssisələrdəki tərəfdaşları ilə birlikdə ölkədə sosial investisiya layihələrinə təxminən 111 milyon dollar vəsait xərcləyib.
Azərbaycanda bp-də bilavasitə 2413 nəfər yerli vətəndaş çalışır. Bu da şirkətin peşəkar işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.
bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.