...

Azərbaycan Mərkəzi Bankı kapitallaşma üzrə normativ tələblərin yerinə yetirilməsi vaxtını bir il uzadıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2013 12:24 (UTC +04:00)
Mərkəzi Bankın 2014-cü il yanvarın 1-nə olan kapitallaşma üzrə tələblərini terinə yetirməyən Azərbaycan banklarına kapitallarını gələn ilin sonunadək tələb olunan səviyyəyə çatdırmaq imkanı veriləcək.
Azərbaycan Mərkəzi Bankı kapitallaşma üzrə normativ tələblərin yerinə yetirilməsi vaxtını bir il uzadıb

Azərbaycan, Bakı, 15 noyabr / Trend, müxbir E.Əliyev /

Mərkəzi Bankın 2014-cü il yanvarın 1-nə olan kapitallaşma üzrə tələblərini terinə yetirməyən Azərbaycan banklarına kapitallarını gələn ilin sonunadək tələb olunan səviyyəyə çatdırmaq imkanı veriləcək. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, bu qərar ölkənin Mərkəzi Bankı tərəfindən bu gün qəbul edilib: "Bu gün bank sektorunun 95 faizi məcmu kapitalın 50 milyon manatadək çatdırılması üzrə tələbləri artıq yerinə yetirib, yaxud 2013-cü ilin sonuna onları yerinə yetirə biləcək. Bankların yerdə qalan 5 faizinə gəldikdə, biz onlardan hər birinin normativ tələbləri yerinə yetirə bilmələri üçün fərdi proqram işləyib hazırlayırıq".

Onun sözlərinə görə, Mərkəzi Bank belə kommersiya banklarının inzibati metodlarla bazardan sıxışdırıb çıxarmaq və ya çətinliklər yaratmaq niyyətində deyil: "Lakin bu, o demək deyil ki, banklar arxayınlaşa bilərlər. Onların işləmələri və inkişaf etmələri lazımdır".

E.Rüstəmov bildirib ki, kapitallaşma üzrə bu tələblər qlobal iqtisadi böhranla bağlı hadisələrə cavabdır: "Özünü təhlükələrdən qorumaq üçün belə presedentlər başqa ölkələrdə də olub. Nəticədə Azərbaycanın bank sektorunun kapitalı 48 faiz artıb. Bu gün ölkənin səkkiz bankı 100 milyon manatdan artıq kapitala malikdir. Azərbaycanın bank kapitalının adekvatlığının göstəricisi 17 faiz təşkil edir ki, bu da dünyada müəyyən olunmuş minimal səviyyəni bir neçə dəfə üstələyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti