Bakı. Trend:
Fransanın Strasbuq şəhərində dekabrın 11-i baş vermiş silahlı hücum nəticəsində ölənlərin sayı artıb.
Trend-in məlumatına görə, milad yarmarkasında silahlı hücumda yaralananlardan biri xəstəxanada dünyasını dəyişib.
Beləliklə, dekabrın 11-i baş vermiş silahlı hücum nəticəsində ölənlərin sayı 5-ə çatıb.
Xatırladaq ki, dekabrın 11-si 29 yaşlı Şerif Şekat Strasburq şəhərində milad yarmarkasında insanlara atış açıb. Hadisə nəticəsində 3 nəfər həlak olub, 13 nəfər isə yaralanıb. Dekabrın 13-ü axşam saatlarında Fransanın hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açan şəxsin gizləndiyi yeri təyinediblər. Xüsusi əməliyyat zamanı Ş.Şekat silahlı müqavimət göstərib və polis tərəfindən zərərsizləşdirilib.
Silahlı hücuma görə cavabdehliyi İŞİD terror qruplaşması öz üzərinə götürüb.