...

İranda sel və daşqın: 2 kənd boşaldıldı

Dünya xəbərləri Materials 28 Yanvar 2019 14:53 (UTC +04:00)
İranın Xuzistan vilayətində sel və daşqınlar nəticəsində 2 kənd təxliyə edilib.
İranda sel və daşqın: 2 kənd boşaldıldı

Bakı. Elnur Bağışov - Trend:

İranın Xuzistan vilayətində sel və daşqınlar nəticəsində 2 kənd təxliyə edilib.

Trend-in məlumatına görə, bunu İranın Xuzistan vilayəti Qırmızı Aypara Cəmiyyəti İdarəsinin direktoru Əli Xudadadi deyib.

Xudadadinin sözlərinə görə, kəndlərin əhalisi müvəqqəti sığınacaqlarda yerləşdirilib.

Eləcə də Şuş və Dəşt-Azadeqan rayonlarında 22 kənd və 2 şəhər daşqın təhlükəsi ilə üzləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti