...

NASA-nın "CAPSTONE" peyki ayətrafı orbitinə daxil olub

Dünya xəbərləri Materials 14 Noyabr 2022 08:24 (UTC +04:00)
NASA-nın "CAPSTONE" peyki ayətrafı orbitinə daxil olub

Bakı. Trend:

ABŞ-ın gələcək idarə olunan "Gateway" ayətrafı stansiyasının texnologiyalarını sınaqdan keçirmək üçün "CAPSTONE" peyki ayətrafı orbitinə buraxılıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi bildirib.

"CAPSTONE" missiyasının komandası "NASA CAPSTONE" kosmik aparatının bazar günü (ABŞ Şərq Sahil vaxtı ilə, EST) axşam saatlarında nəzərdə tutulan ayətrafı orbitinə çatdığını təsdiqlədi. "EST" vaxtı ilə saat 19:38-də kubsat mühərrikləri işə salaraq orbitə daxil olmaq üçün ilk orbital manevr etdi", - deyə İdarənin saytında qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti