...

Bu ölkədə təbii fəlakət qurbanlarının sayı 3 mini keçib

Dünya xəbərləri Materials 12 Sentyabr 2023 18:18 (UTC +04:00)
Bu ölkədə təbii fəlakət qurbanlarının sayı 3 mini keçib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Liviyanın şimal-şərq bölgələrini vuran leysan yağışlar və daşqınlar nəticəsində ölənlərin sayı 3 mini keçib.

Trend xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 10 minə yaxın insan itkin düşüb. Bu səbəbdən qurbanların sayının dəfələrlə artacağı ehtimal edilir.

Qeyd edək ki, Yunanıstan və Bolqarıstanda daşqınlara səbəb olan “Daniel” qasırğası sentyabrın 11-də Liviyaya çatıb.

Təbii fəlakət xüsusən Derna şəhərində böyük fəsadlara səbəb olub. Daşqınlarla əlaqədar Liviya Milli Birlik Hökuməti şəhərdə təbii fəlakət vəziyyəti elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti