...

"Sonsuz dəhliz" filmi İsrail televiziyasında

Mədəniyyət Materials 3 Avqust 2015 14:56 (UTC +04:00)
Avqustun 4-də yerli vaxtla saat 21:00-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində litvalı Andreas Brokasın rejissoru olduğu “Sonsuz dəhliz” (“Endless Corridor”) sənədli filminin İsrailin “Channel 1” televiziya kanalında nümayişi keçiriləcək.
"Sonsuz dəhliz" filmi İsrail televiziyasında

Azərbaycan, Bakı, 3 avqust /Trend/

Avqustun 4-də yerli vaxtla saat 21:00-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" kampaniyası çərçivəsində litvalı Andreas Brokasın rejissoru olduğu "Sonsuz dəhliz" ("Endless Corridor") sənədli filminin İsrailin "Channel 1" televiziya kanalında nümayişi keçiriləcək.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) Trend-ə verilən məlumata görə, Xocalı faciəsi haqqında bəhs edən sənədli filmin yaxın aylar ərzində dünyanın digər televiziya kanallarında da nümayişi nəzərdə tutulur. Filmin premyerası Türkiyənin "Kanal 24", "CNN Türk" kanalında və Albaniyanın Milli Televiziyasında da baş tutub.

"Sonsuz dəhliz" filminin "Xocalıya ədalət!" təbliğat-təşviqat kampaniyası çərçivəsində bu ilin fevral ayında İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern, Lüksemburq kimi şəhərlərdə təqdimatı keçirilib. İngilis dilində çəkilən film Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan, türk, fransız, italyan və alman dillərinə subtitrlərlə tərcümə edilib, rus dilində isə dublyaj olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti