...

Rusiyada ali kino təhsili almaq arzusunda olan gənclərin nəzərinə

Mədəniyyət Materials 27 Aprel 2017 20:25 (UTC +04:00)
Bakalavr səviyyəsində rus dilində təhsil almaq üçün cari ildə aşağıda qeyd edilən ixtisaslar üzrə gənclərin oxumağa göndərilməsi planlaşdırılır.
Rusiyada ali kino təhsili almaq arzusunda olan gənclərin nəzərinə

Trend-i buradan izləyin

Bakı. Trend:

Ümumrusiya Kinematoqrafiya Universiteti (VQİK) ilə danışıqlar nəticəsində bir neçə kino ixtisası üzrə Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına bakalavr səviyyəsində rus dilində təhsil almaq üçün cari ildə aşağıda qeyd edilən ixtisaslar üzrə gənclərin oxumağa göndərilməsi planlaşdırılır:

Kino və televiziya rejissoru (2 yer)

Kinooperator (2 yer)

Animasiya və kompüter qrafikası rejissoru (1 yer)

Daha hazırlıqlı namizədləri müəyyən edib onları Moskvaya qəbul imtahanlarına göndərmək məqsədilə AR Kinematoqrafçılar İttifaqı və “Azərbaycanfilm” kinostudiyasının iştirakı ilə seçim komissiyası yaradılıb.

Namizədlər üçün məsləhət saatları təyin olunacaq.

Ətraflı məlumat almaq üçün aşağıdakı telefonlara müraciət etmək olar:

597 48 04, 051 427 41 03 – AR Kinematoqrafçılar İttifaqı

www.arki.az , e-mail: [email protected]

530 13 41 – “Azərbaycanfilm” kinostudiyası

www.azerbaijanfilm.az , e-mail: [email protected], [email protected]

Ünvan: S.Vurğun küçəsi 43 (Biznes Mərkəzi), 16-cı mərtəbə

Tel., Fax 597 48 03

e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti