...

“Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda konfrans keçirilib (FOTO)

Mədəniyyət Materials 9 May 2019 04:35 (UTC +04:00)
Dövlət Film Fondunda “Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda konfrans keçirilib.
“Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Dövlət Film Fondunda Mədəniyyət Nazirliyi, Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun dəstəyi ilə “Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda konfrans keçirilib.

Trend-in məlumatına görə, konfransı giriş sözü ilə açan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının 1-ci katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev ümummilli lider Heydər Əliyevin Azərbaycan kinosuna verdiyi misilsiz töhfələrdən, onun Azərbaycan kinosunun hamisi olması haqqında danışıb. Cəmil Quliyev qeyd edib ki, 121-ci ilini qeyd edəcəyimiz Azərbaycan kinosu Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2000-ci ildə Azərbaycan kinematoqrafçılarının peşə bayramı, “Milli Kino Günü” yaradılıb. Şəxsən onun qayğısı ilə “Nəsimi”, “Dədər Qorqud”, “Babək”, “Cavid Ömrü”, “Hökümdarın taleyi” və başqa tarixi filmlər ərsəyə gəlib.

Tədbirin davamında çıxış edən Prezident təqaüdçüsü, kinoşunas Aydın Kazımzadə 1984-cü il 18 mayında, Moskvada SSRİ Nazirlər Kabineti sədrinin 1-ci müavini Heydər Əliyevin Azərbaycan Kinematoqrafçıları ilə məşhur görüşündən danışıb.

Tədbirin sonunda rejissoru Etibar Məmmədov olan “Qalxan və Qılınc” filmi nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti