Kinoşünas Aydın Kazımzadənin 80 illiyi qeyd ediləcək

Bakı. Trend:
Azərbaycan Dövlət Film Fondunda, görkəmli kinoşünas, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Aydın Kazımzadənin 80 illiyinə həsr olunmuş tədbir keçiriləcək.
Trend-in məlumatına görə, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidməti xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyinin dəstəyi, Dövlət Film Fondunun təşkilatçılığı ilə reallaşacaq.
Tədbir çərçivəsində Aydın Kazımzadənin həyat və fəaliyyətindən, o cümlədən Azərbaycan kinosunun tədqiqində və təbliğində müstəsna xidmətlərindən danışılacaq, onun hazırladığı və aparıcıllıq etdiyi verilişlərindən kadrlar nümayiş olunacaq və foto sərgi təqdim ediləcək.
Tədbir fevralın 18-də, saat 17:00 da Dövlət Film Fondunda keçiriləcək.
Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq