...

Qənirə Paşayeva: Yerevanı qeyri-insani əməllərdən çəkinməyə çağıran sənədin qəbulu böyük bir uğurdur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Yanvar 2016 20:19 (UTC +04:00)
"Azərbaycanın sərhədboyu ərazilərinin sakinlərinin qəsdən sudan məhrum edilib" adlı sənəddə Ermənistanın işğalçılığı birmənalı şəkildə vurğulanır, insanlığa qarşı addımları, Sərsəng su anbarı ilə bağlı məsələ geniş şəkildə öz əksini tapır".
Qənirə Paşayeva: Yerevanı qeyri-insani əməllərdən çəkinməyə çağıran sənədin qəbulu böyük bir uğurdur

Bakı. Trend:

"AŞ PA-da çox ciddi bir sənəd qəbul olundu. "Azərbaycanın sərhədboyu ərazilərinin sakinlərinin qəsdən sudan məhrum edilib" adlı sənəddə Ermənistanın işğalçılığı birmənalı şəkildə vurğulanır, insanlığa qarşı addımları, Sərsəng su anbarı ilə bağlı məsələ geniş şəkildə öz əksini tapır". Bunu Trend-ə açıqlamasında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva deyib.

Deputat bildirib ki, məruzəçi xanım Militsa Markoviç Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə bitişik bölgələrimizdə Ermənistanın qeyri-insani əməlləri nəticəsində yaranmış su problemi, onun insanlarımızın həyatına ciddi təsiri ilə bağlı geniş çıxış etdi və bildirdi ki, AŞ PA bu məsələyə özünün münasibətini bildirməli və bu vəziyyətin aradan qalxması üçün addımlar atmalıdır: "Ermənistanı və onun nümayəndə heyətini kəskin tənqid edən məruzəçi rəsmi Yerevanın məsələni yerində araşdırmaq üçün onu işğal etdikləri Azərbaycan bölgələrinə buraxmamasını, məruzəçi ilə əməkdaşlıqdan imtina etməsini kəskin tənqid etdi. Qəbul edilən sənəddə Ermənistanın, erməni lobbisi və dəstəkçilərinin bütün səylərinə, düzəliş təkliflərinə baxmayaraq, onların əksəriyyəti qəbul edilmədi və bu ölkənin Azərbaycan torpaqlarını işğal etməsi məsələsi birmənalı şəkildə sənəddə öz əksini tapır. Eyni zamanda qeyri-insani əməlləri. Rəsmi Yerevanı qeyri-insani əməllərdən əl çəkməyə çağıran sənədin qəbulu böyük bir uğurdur".

Q.Paşayeva hesab edir ki, Ermənistanla bərabər onların Avropadakı dəstəkçilərinin də Azərbaycan əleyhinə çox çalışmasına baxmayaraq, belə bir sənədin qəbulu çox ciddi məsələdir və bu kimi sənədlərin qəbulu istiqamətində Ermənistan, diaspor və lobbisi, dəstəkçi ölkələri və güclərinə rəğmən, Azərbaycan bütün beynəlxalq təşkilatlarda işi daha da gücləndirir ki, bu da çox önəmli məsələdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti