...

Ombudsman 2012-ci il üzrə illik məruzəsini təqdim etdi

Cəmiyyət Materials 28 Fevral 2013 13:02 (UTC +04:00)
"Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında" 2012-ci il üzrə illik məruzə çərşənbə günü Azərbaycan Prezidentinə və Konstitusiya Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qurumlarına göndərilib. Bnu barədə Trend-ə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.
Ombudsman 2012-ci il üzrə illik məruzəsini təqdim etdi

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir İ.İzzət/

"Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında" 2012-ci il üzrə illik məruzə çərşənbə günü Azərbaycan Prezidentinə və Konstitusiya Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qurumlarına göndərilib. Bnu barədə Trend-ə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, "Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında" 2012-ci il üzrə illik məruzədə müvəkkil Elmira Süleymanovanın Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpası, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, habelə insan hüquqlarının təmin edilməsi sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, onun dövlət qurumları, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapıb.

İllik məruzənin martın 5-də Milli Məclisin iclasında dinlənilməsi nəzərdə tutulub.

Məruzə dinlənildikdən sonra geniş ictimaiyyətin tanış olması məqsədilə mətbu orqanlarda dərc ediləcək.

Qeyd edək ki, "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 14-cü maddəsinə əsasən, ombudsmanın illik məruzəsi cari il bitdikdən sonra iki aydan gec olmayaraq Azərbaycan Prezidentinə təqdim edilməli, Milli Məclisə, Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və Baş prokurora göndərilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti