...

Bu ərazilərdə qaz olmayacaq

Cəmiyyət Materials 13 Aprel 2025 23:00 (UTC +04:00)
Bu ərazilərdə qaz olmayacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nizami rayonunun bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Bəkir Çobanzadə küçəsində yeraltı orta təzyiqli qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədilə 14 aprel 2025-ci il saat 10:00-dan etibarən qaz verilişi dayandırılacaq.

Təmir-bərpa işləri aparılan müddətdə A.Manafov, K.Balakişiyev, B.Çobanzadə, M.Abbasov, Özbəkistan, Ə.Hacıyev və Ə.Vəliyev küçələrinin qaz təchizatında müvəqqəti fasilə olacaq.

Xəbər lenti

Xəbər lenti